Bakı üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Xəbərlər
23 Sentyabr 2024 17:12
244
Bakı üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Bakı üzrə həftənin idman afişası açıqlanıb.

İdman.biz xəbər verir ki, sentyabrın 23-29-da paytaxtda müxtəlif idman növləri üzrə yarışlar keçiriləcək.

- Tennis üzrə 18 yaşlılar arasında “Payız kuboku” adlı İTF Baku Beynəlxalq Tennis turniri (J30) – 23-29 sentyabr (Bakı);
- Güllə atıcılığı üzrə orta məktəb müəllimləri arasında Xəzər rayon turniri - 25 sentyabr, saat 10:00 (185 saylı tam orta məktəb);
- Voleybol üzrə yuxarı sinif şagirdləri (qızlar) arasında Xəzər rayon turniri - 26 sentyabr, saat 10:00 (26 saylı tam orta məktəb);
- Yeniyetmə və gənclər arasında kəndirlə mübarizə üzrə Bakı şəhər çempionatı - 27 sentyabr, saat 11:00 (Su İdmanı Sarayı);
- Triatlon üzrə “Trikids Triatlon Liqası-Duatlon” – 28 sentyabr (Bakı);
- Dövlət qurumları arasında açıq çempionat (kayak, kanoe) – 28-29 sentyabr (Bakı).

İdman.biz

Məqalədə: