Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Xəbərlər
23 Sentyabr 2024 18:46
15
Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Azərbaycanın regionları üzrə həftənin idman afişası açıqlanıb.

İdman.biz xəbər verir ki, sentyabrın 23-29-da müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.

Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi
- "İdman hamı üçün” layihəsi çərçivəsində cüdo üzrə yeniyetmələrin Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Natiq Qurbanlı tərəfindən ustad dərsləri – 23 sentyabr, saat 15:00 (Sumqayıt şəhər, Mehdi Hüseynzadə adına şəhər stadionu, cüdo təlim məşq bazası);
- 27 sentyabr – Anım Gününə həsr olunmuş stolüstü tennis üzrə ümumtəhsil müəssisələri arasında Abşeron rayon birinciliyi – 25-26 sentyabr, saat 10:00 (Abşeron Olimpiya İdman Kompleksi);
- 27 sentyabr – Anım Gününə həsr olunmuş şahmat üzrə ümumtəhsil müəssisələri arasında Abşeron rayon birinciliyi – 25-28 sentyabr, saat 14:00 (Abşeron rayonu, Xırdalan şəhər Şahmat məktəbi);
- "İdman hamı üçün” layihəsi çərçivəsində sərbəst güləş üzrə idman ustası Zülfüqar Qulamov tərəfindən ustad dərsləri – 27 sentyabr, saat 16:00 (Xızı rayon, Giləzi qəsəbəsi, UGİŞM-in idman zalı).
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi
- 44 günlük Vətən müharibəsinə həsr olunmuş şahmat üzrə məktəblilər arasında “Zəfər” turniri - 25 sentyabr, 14:00 (Ağsu rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi);
- “İdman hamı üçün” layihəsi çərçivəsində “Atletika hamı üçün” - 25 sentyabr, saat 17:00 (Qobustan rayon Şəhid F.Nadirov adına İstirahət Parkı);
- “İdman hamı üçün” layihəsi çərçivəsində minifutbol üzrə ustad dərsi – 26 sentyabr, saat 10:00 (İsmayıllı rayonu Heydər Əliyev adına park);
- Yeniyetmələr arasında sərbəst güləş üzrə Qobustan rayon turniri - 27 sentyabr, saat 15:00 (Güləş idman zalı);
- Vətən müharibəsində şəhid olmuş həmyerlilərimizin xatirəsinə həsr olunmuş stolüstü tennis üzrə Şamaxı rayon turniri - 28 sentyabr, saat 14:00 (10 saylı tam orta məktəb).
Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi
- VMH poliatlon çoxnövçülüyü üzrə şəhər birinciliyi - 25 sentyabr, saat 14:30 (Naftalan şəhər stadionu);
- "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş Daşkəsən rayon ümumtəhsil məktəbləri arasında voleybol üzrə rayon birinciliyi - 25-26 sentyabr, saat 14:00 (Daşkəsən şəhər A. Mürsəlov adına 2 saylı tam orta məktəb);
- "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş oğlan və qızlar arasında kros Goranboy rayon turniri - 26 sentyabr, saat 10:00 (Goranboy Olimpiya İdman Kompleksi);
- "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş oğlan və qızlar arasında atletika üzrə Gəncə şəhər birinciliyi - 28 sentyabr, saat 10:00 (Gəncə şəhəri, Heydər Əliyev Park Kompleksinin ərazisi);
- “İdman hamı üçün” layihəsi çərçivəsində cüdo üzrə ustad dərsi - 29 sentyabr, saat 16:00 (Gəncə cüdo zalı).
Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi
- Minifutbol üzrə nümunəvi çıxışlar - 24 sentyabr, saat 11:00 (Qazax Olimpiya İdman Kompleksi);
- Pankration üzrə nümunəvi çıxışlar - 25 sentyabr, saat 10:00 (Şəmkir Olimpiya İdman Kompleksi);
- 2009-2010-cu il təvəllüdlü qızlar arasında voleybol üzrə rayon birinciliyi - 25-26 sentyabr, saat 10:00 (Tovuz Olimpiya İdman Kompleksi);
- 2009-2010-cu il təvəllüdlü qızlar arasında voleybol üzrə Ağstafa rayon birinciliyi - 26 sentyabr, saat 10:00 (Ağstafa şəhər H.Əzizov adına Vurğun qəsəbə tam orta məktəbi);
- Sərbəst güləş üzrə nümunəvi çıxışlar - 27 sentyabr, saat 17:00 (Şəmkir şəhər Şiştəpə idman zalı);
- 2008-2009 və 2011-2012-ci il təvəllüdlü uşaq və yeniyetmələr arasında sərbəst güləş üzrə Ağstafa rayon birinciliyi - 27-28 sentyabr, saat 10:00 (Ağstafa şəhər S.Şükürova adına 3 saylı tam orta məktəb);
- 2011-2012-ci il təvəllüdlü məktəbli oğlan və qızlar arasında dama üzrə rayon turniri - 27-28 sentyabr, saat 10:00 (Gədəbəy rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi).
Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi
- “İdman hamı üçün" layihəsi çərçivəsində boks üzrə kütləvi idman tədbiri - 24 sentyabr, saat 11:00 (Qusar Olimpiya İdman Kompleksi);
- Bədii gimnastika üzrə “Grace of Nature” yarışı - 24-26 sentyabr, saat 10:00 (Quba Olimpiya İdman Kompleksi);
- 2008-2009-cu və 2010-2011-ci il təvəllüdlü oğlanlar arasında kros qaçışı üzrə Siyəzən rayon birinciliyi - 26 sentyabr, saat 10:00 (Siyəzən şəhər stadionu);
- Məktəblilər arasında atıcılıq üzrə Quba rayon birinciliyi - 27 sentyabr, saat 11:00 (Quba rayonu, Qəçreş kənd məktəbi);
- 2012, 2013 və 2014-cü il təvəllüdlü yeniyetmələr arasında boks üzrə Şabran rayon birinciliyi - 28 sentyabr, saat 10:00 (Şabran rayonu, 2 nömrəli tam orta məktəb-lisey);
- Həvəskarlar arasında nərd üzrə Xaçmaz rayon birinciliyi - 28 sentyabr, saat 11:00 (Xaçmaz rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi).
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi
- Gənclər və idman Nazirliyinin 30 illik yubileyinə həsr olunmuş minifutbol üzrə Astara rayon turniri - 23-29 sentyabr, saat 19:00 (Astara Olimpiya İdman Kompleksi);
- Atletika üzrə 2007-2008, 2009-2010-cu il təvəllüdlülər arasında Lənkəran rayon turniri - 24 sentyabr, saat 9:00 (Lənkəran rayon Sütəmurdov kəndi, "Palıdlı Sahil" istirahət mərkəzi);
- Yunan-Roma güləşi üzrə rayon turniri - 24-25 sentyabr, saat 10:00 (Cəlilabad rayon Mərkəzi Stadionun Güləş zalı);
- Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş 3x3 basketbol üzrə məktəblilər arasında rayon turniri - 25-26 sentyabr, saat 10:00 (Ziya Bünyadov adına Astara rayon 2 nömrəli tam orta məktəb);
- Yeniyetmələr arasında minifutbol üzrə turnir - 25-26 sentyabr, saat 11:00 (Lerik rayon 2 nömrəli tam orta məktəb);
- Şahmat üzrə rayon turniri - 26 sentyabr, saat 15:00 (Yardımlı rayon 1 saylı tam orta məktəb);
- Cüdo üzrə U-15 kiçik yaşlı yeniyetmə qız və oğlanlar arasında cənub bölgəsi üzrə region birinciliyi (2011-2013 təvəllüd) - 26-27 sentyabr, saat 10:00 (Lənkəran Olimpiya İdman Kompleksi);
- Cüdo üzrə Həzi Aslanovun xatirəsinə həsr olunmuş U-18 yeniyetmə qız və oğlanlar arasında ənənəvi turnir - 28-29 sentyabr, saat 10:00 (Lənkəran Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində taekvondo üzrə master-klas - 28 sentyabr, saat 10:00 (Cəlilabad şəhər Heydər Əliyev Seyrəngahı).
Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi
- Boks üzrə Ağdaş açıq turniri - 21-22 sentyabr, saat 11:00 (Ağdaş Olimpiya İdman Kompleksi);
- Yeniyetmələr arasında şahmat üzrə şəhər birinciliyi - 23-24 sentyabr, saat 9:30 (Mingəçevir şəhər şahmat məktəbi);
- Yunan-Roma güləşi üzrə nümunəvi çıxışlar - 25 sentyabr, saat 10:00 (Kürdəmir rayon bələdiyyəsinin idman zalı).
Mil-Muğan Regional Gənclər və İdman İdarəsi
- “İdman hamı üçün” layihəsi çərçivəsində cüdo üzrə nümunəvi çıxışlar - 27 sentyabr, saat 16:00 (Sabirabad rayonu, Cüdo Təlim Mərkəzi);
- Basketbol üzrə məktəblilər arasında rayon turniri - 23 sentyabr, saat 16:00, (Sabirabad şəhər 2 nömrəli məktəb);
- Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında dama üzrə Saatlı rayon turniri - 26 sentyabr, saat 16:00 (Saatlı "Gənclər Evi" sosial xidmət müəssisəsi);
- “İdman hamı üçün” layihəsi çərçivəsində bilyard üzrə həvəskarlar arasında İmişli rayon turniri - 28-29 sentyabr, saat 10:00 (İmişli Olimpiya İdman Kompleksi).
Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi
- Kəndlərdə futbolun inkişaf etdirilməsi məqsədi ilə Göynük inzibati dairəsində futbol üzrə ümumtəhsil məktəblərinin komandaları arasında turnir - 23-24 sentyabr, saat 11:00 (Şəki şəhər Aşağı Göynük kənd tam orta məktəbi);
- Yeniyetmə və gənclər arasında boks üzrə rayon turniri - 25-28 sentyabr, saat 15:00 (Balakən Olimpiya İdman Kompleksi);
- Həvəskarlar arasında minifutbol üzrə rayon birinciliyi - 25-30 sentyabr, saat 19:00 (Zaqatala rayonu Tala Qala İstirahət Mərkəzi);
- Yeniyetmə və gənclər arasında cüdo üzrə rayon turniri - 26-27 sentyabr, saat 10:00 (Oğuz Olimpiya İdman Kompleksi);
- Yeniyetmələr arasında cüdo üzrə rayon birinciliyi - 26 sentyabr, saat 15:00 (Zaqatala rayonu Uşaq-Gənclər İdman Məktəbi);
- Yeniyetmələr arasında kikboksinq üzrə rayon birinciliyi - 27 sentyabr, saat 17:00 (Qax şəhər stadionu).
Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi
- Orta ümumtəhsil məktəblərinin oğlan və qız şagirdləri arasında “Biz sülh istəyirik” adlı atletika idman növünün proqramına daxil olan kros qaçışı üzrə şəhər birinciliyi - 26 sentyabr, saat 10:00 (Şirvan Olimpiya İdman Kompleksi);
- Uşaq bağçasının şagirdləri arasında atletika və gimnastika idman növlərindən normativlər üzrə birincilik – 26 sentyabr, saat 10:00 (Salyan rayonu, Çuxanlı kənd 17 saylı uşaq bağçası);
- Oğlan və qızlar arasında şahmat üzrə rayon birinciliyi – 26-27 sentyabr, saat 10:00 (Biləsuvar rayon Heydər Əliyev Mərkəzi);
- Stolüstü tennis üzrə şəhər birinciliyi - 28 sentyabr, saat 12:00 (Hacıqabul şəhər 5 nömrə tam orta məktəb).

İdman.biz