İdman bürcü - Astroloji PROQNOZ: 30 sentyabr – 6 oktyabr

Təxminlər
29 Sentyabr 2024 10:00
273
İdman bürcü - Astroloji PROQNOZ: 30 sentyabr – 6 oktyabr

Əksər insanlar astroloji proqnozların onların taleyinə sirayət etdikləri qənaətindədir. Tarixən ən məşhurlar belə mənsub olduqları bürcə görə günə necə başlayacağını tənzimləyiblər. Bütün sahələrdə olduğu kimi, bürclər idmançılar arasında da böyük maraq doğurur. Astroloqların təbirincə desək, bürclər bəzi ipuçları verir, nəticə çıxarmaq isə sizdən asılıdır.

İdman.bizin təqdim etdiyi “İdman bürcü” müxtəlif idman növlərilə məşğul olan sağlam ruh sahiblərinin həftə ərzində necə hərəkət etmələrində bir növ mayak rolunu oynayacaq. Eyni zamanda, peşəkar idmançı olmasanız belə, “İdman bürcü”nü oxumaqla istirahətə və ya məşqə necə yanaşmağın istiqamətlərini görə biləcəksiniz.

Qoç
Bu həftə Qoçlar üçün heç bir taleyüklü dəyişikliklər vəd olunmur. Heç bir münaqişəyə qarışmayın, əhəmiyyətsiz işlərdən yayınmağa çalışın. İşinizə qarşı məsuliyyəti artırın. Səhhətinizlə bağlı bir qədər narahatlıqlar baş verməsi gözlənilir. Həkimə müraciət etməyiniz məqsədəuyğun olar. Maliyyə sahəsində uğurlar gözlənilir. Avarçəkmə, sambo, gimnastika və güləş növləri ilə məşğul olanların xoş müjdələr alacağı qaçılmazdır.

Buğa
Həftə Buğalar üçün planlarını həyata keçirmək üçün əlverişli dövrdür. Haqlı olduğunuzdan əmin olun. Sizi fikrinizi dəyişməyə inandırmağa çalışan insanlar çox güman ki, yanılırlar. Səfərlər gözlənilir. İmtina etməyin, çünki bu yolçuluq çox uğurlu olacaq. Bununla yanaşı, işinizə qarşı da diqqətli olmalısınız.
Voleybol, stolüstü tennis, hokkey, həndbol və basketbol növlərində hədsiz uğurlar gözlənilir.

Əkizlər
Bu həftə Əkizlər üçün təxirə salınmış işlərə başlamağa ən münasib vaxtıdır. Peşəkar məsələləri həll edərkən daha təcrübəli həmkarların məsləhətlərinə qulaq asmalısınız. Həftənin ortasından sonuna kimi dostların həyatınızdakı müsbət rolu artacaq. Bu, həm də yeni tanışlıqlar üçün əlverişli zamandır. Voleybol, otüstü hokkey, atçılıq, üzgüçülük və qaçış növlərində uğurlar gözləniləndir.

Xərçəng
Həftəboyu Xərçənglər yaradıcı və lhamla dolu olacaqlar. Qarşıdakı günlərdə həyata keçirməyi planlaşdırdığınız işlərin çoxunda uğur qazanacaqsınız. Həftə sonu üçün alış-veriş səfərlərini planlaşdırın. Nə qədər pul xərcləsəniz, xeyrinizə olacaq. Futbol, cüdo, şahmat, boks, stolüstü tennislə məşğul olanlar üçün uğurlar qaçılmazdır.

Şir
Həftə ərzində Şirlər daha çox nizam-intizamlı olmalıdırlar. Çox güman ki, ev və ailə işlərini tənzimləməklə bağlı sırf maddi və praktiki məsələlərin həllinə diqqət yetirməli olacaqsınız. Həftənin sonunda ev üçün alış-veriş etmək tövsiyə edilir. İstirahətinizi ailənizlə keçirməyiniz sizə uğur gətirəcək. Karate, boks, futbol, güləş, üzgüçülük və şahmat idman növlərində bol-bol uğurlar vəd edilir.

Qız
Həftə Qızlar üçün eşq məcəraları ilə zəngin olacaq. Həftənin əvvəli daha ehtiyatlı olmağınız məsləhətdir. Özünüzü iki yarın arasında tapa bilərsiniz. Buna görə də, belə bir vəziyyətdən çıxış yolu haqda əvvəlcədən düşünməyə çalışın. Maliyyə məsələlərində diqqətli olun, nağdsız ödənişlər edərkən itkilərlə üzləşə bilərsiniz. Bu həftə sağlamlığınız üçün də problemlər ehtimal olunur. Həndbol, basketbol, voleybol, güləş, futzal, və atıcılıq idman növlərində uğurlar vəd olunur.

Tərəzi
Bu həftə Tərəzilər peşəkar məsələlərin həllinə diqqət yetirməlidir. Lakin iş və şəxsi münasibətləri buna qarışdırmamalısınız. Bu həftə yeni romantik tanışlıqlar üçün münasib deyil. Hərəkətlərinizdə ardıcıl olun, qeyri-real vədlər verməyin, üzərinizə öhdəlik götürməyin. Qaçış, qılıncoynatma, aavarçəkmə, atıcılıq, güləş və velosiped idmanında nailiyyətlər qaçılmazdır.

Əqrəb
Həftənin əvvəlində Əqrəblər üçün ailədə və işdə çətinliklər gözlənilir. Rəhbərlik tez-tez tapşırıqları dəyişdirə bilər ki, bu da işlərinizin nizamını pozacaq. Ailədə isə əsəbi bir vəziyyət yarana bilər. Bu, əsasən, alınmalı olacaq bir neçə şeylə bağlı olacaq. Səbirli davranışla yaranan çətinlikləri dəf edə bilərsiniz. Gimnastika, karate, boks, stolüstü tennis, cüdo və güləşlə məşğul olanları şəxsi həyatları ilə bağlı xoş müjdələr gözləyir.

Oxatan
Həftə Oxatanlar üçün maliyyə qərarlarının qəbulu baxımından əlverişlidir. Maddi durumunuzun yaxşılaşacağı vəd edilir. Bu, əsasən peşəkar fəaliyyətlərdə uğur və mövcud vəsaitinizdən səmərəli istifadə sayəsində baş verə bilər. Həftə sonları alış-veriş üçün düşərlidir. Futzal, güləş, karate, basketbol və minifutbol idman növlərində uğurlar qazanmaq şansı böyükdür.

Oğlaq
Həftənin ilk günlərində Oğlaqların stresli vəziyyətlərdən uzaq durmağı məsləhət görülür. Çalışın rahatlığınızı pozmayasınız. Həftənin sonuna qədər bütün çətinliklərin öhdəsindən gəlmək şansı olacaq. Sevgidə xoş sürprizlər gözlənilir. Bürcün bəzi nümayəndələri üçün isə perspektivli tanışlıqlar baş tutacaq. Həndbol, cüdo, tennis, basketbol, sambo və voleybolçular üçün yaxşı başlanğıc olacaq.

Dolça
Dolçalar həftə ərzində əvvəllər narahatlıq yaradan məsələləri həll edə biləcəklər. Eyni zamanda, gözlənilməz və çox uğurlu qərarlar qəbul edə bilirsiniz. Yeni tanışlıqlar xoş və faydalı olacaq. Maliyyə baxımından diqqətli olmaq lazımdır. Borca pul götürməmək məsləhətdir. Atletika, avarçəkmə, çövkən, güləş, atıcılıq və cüdo növləri ilə məşğul olanlar üçün şanslı həftədir.

Balıqlar
Balıqlar həftə boyunca əla əhval-ruhiyyədə olacaq. Bu, bütün işlərinizə kömək edəcək. Bundan yararlanmağa çalışın. Maddi vəziyyətinizi həll etmək, arzuladığınız işi əldə etmək və uzun müddətdir sevdiyiniz insanla münasibətləri yoluna qoymaq üçün əlverişli zamandır. Ailə üzvlərinizdən hədiyyələr və sürprizlər də gözlənilir. Üzgüçülük, güləş, gimnastika, futbol, cüdo və karate ilə məşğul olan idmançıların bəxti üzlərinə güləcək.

İdman.biz