Dünya kubokunda 7 medal

Xəbərlər
24 Sentyabr 2024 16:14
51
Dünya kubokunda 7 medal

Avstriyanın Veyz şəhərində savatın assault növü üzrə klublararası Dünya kuboku keçirilib.

İdman.biz xəbər verir ki, yarış Azərbaycan idmançıları üçün uğurlu alınıb.

Təmsilçilərimizdən kadetlər arasında Ağamirzə Mahmudbəyli (30 kq), gənclər arasında Yasin İbrahimov (56 kq), Nicat Məhəmmədli (60 kq) və Əli Bəylərzadə (75 kq) qızıl medal qazanıblar.

Böyüklər arasında Tutu İsmayılova (48 kq) gümüş, Həsən Əliyev (65 kq) isə bürünc medala sahib olublar.

Prokombat növü üzrə Nicat Məhəmmədli (60 kq) qızıl medala layiq görülüb.

İdman.biz