Azərbaycan nümayəndəsi VI Avropa Olimpiya Akademiyasının Konqresində iştirak edib

Xəbərlər
28 Sentyabr 2024 18:19
241
Azərbaycan nümayəndəsi VI Avropa Olimpiya Akademiyasının Konqresində iştirak edib

Yunanıstanın paytaxtı Afina şəhərində Avropa Olimpiya Akademiyasının VI Konqresi keçirilib.

Milli Olimpiya Komitəsindən İdman.bizə verilən məlumata görə, 5 gün davam edən konqresdə Azərbaycanı Milli Olimpiya Akademiyasının vitse-prezidenti Fərid Mansurov təmsil edib.

Avropa Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos, Yunanıstan Olimpiya Akademiyasının vitse-prezidenti İlias Dalanias, Beynəlxalq Olimpiya Akademiyasının prezidenti İsidoros Kouvelos və Avropa Olimpiya Akademiyasının prezidenti Manfred Laemmerin də iştirak etdiyi konqresdə Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarından sonra Olimpiya Hərəkatının perspektiv imkanları müzakirə olunub.

Daha sonra “Olimpiya proqramı ənənə və dəyişikliklərin bir hissəsi kimi”, “mövcud vəziyyət və perspektivlər”, “Paris-2024-ün irsi və dünyaya mesajı“, “Milli Olimpiya Akademiyası ilə universitetlərin birgə əməkdaşlığı” mövzusunda çıxışlar olub.

Qeyd edək ki, konqresin son iş günündə Avropa Olimpiya Akademiyasının mükafatlandırma mərasimi baş tutub.

İdman.biz