Fərid Qayıbov: "Vüqar Həşimov Memorialı azad olunmuş Şuşada ikinci beynəlxalq şahmat turniri oldu"

Xəbərlər
28 Sentyabr 2024 19:30
66
Fərid Qayıbov: "Vüqar Həşimov Memorialı azad olunmuş Şuşada ikinci beynəlxalq şahmat turniri oldu"

"Vüqar Həşimov Memorialı azad olunmuş Şuşada ikinci beynəlxalq şahmat turniri oldu".

İdman.biz xəbər verir ki, bunu Azərbaycan gənclər və idman naziri Fərid Qayıbov deyib.

Turnirin bağlanış mərasimində iştirak edən nazir şahmatın Şuşada əsaslı ənənəyə çevriləcəyini bildirib: "İki il əvvəl burada tanınmış qrossmeysterlərin iştirakı ilə "Susha Chess" təşkil olunub. İndi biz Vüqar Həşimov Memorialını burada təşkil etdik. Vüqarın ailəsinə və şahmat federasiyasına yubleyin yarışın təşkilinə görə təşəkkür edirəm. Turnir maraqlı mübarizə şəraitində keçdi".

İdman.biz