Azərbaycanın birinci “Ironman”i Varşavada marafona qatılıb

Xəbərlər
1 Oktyabr 2024 17:11
85
Azərbaycanın birinci “Ironman”i Varşavada marafona qatılıb

Azərbaycanın birinci “Ironman”i Firdovsi Kərimov növbəti yarışda uğurla çıxış edib.

İdman.biz xəbər verir ki, o, Varşavada (Polşa) beynəlxalq marafona qatılıb.

Məsafə 42,2 kilometr təşkil edib.

Finişdən sonra Kərimov bildirib ki, bu, karyerasında 69-cu marafon olub.

Qeyd edək ki, bundan əvvəl o, Almaniya və Latviyada keçirilən marafonda da iştirak edib.

İdman.biz

Məqalədə: