Azərbaycan İdman Akademiyasında “5 Oktyabr Müəllimlər Günü” münasibətilə xüsusi tədbir keçirilib.
İdman.biz xəbər verir ki, tədbirdə müəllimlərin təhsildəki əvəzsiz rolu vurğulanıb təltif olunma olunma mərasimi baş tutub.
Tədbiri giriş sözü ilə açan Azərbaycan İdman Akademiyasının Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə prorektoru Ülkər Babayeva çıxış edərək, müəllimlərin gənc nəslin formalaşmasında göstərdiyi xidmətlərin dəyərinin əvəzsiz olduğunu qeyd edib.
Tədbir çərçivəsində müəllimlərin fəaliyyətini və Akademiyanın inkişafında göstərdikləri töhfələri əks etdirən video nümayiş olunub. Eyni zamanda, 22 aprel-14 sentyabr 2024-cü il tarixlərində Azərbaycan İdman Akademiyasında Strateji İnkişaf Planı çərçivəsində professor-müəllim heyətinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə keçirilmiş “İdman təhsili: Tədris və təlimə fərqli baxış” təkmilləşmə təlimlərini uğurla başa vuran müəllimlərə xüsusi sertifikatlar təqdim edilib.
Sonda Azərbaycan İdman Akademiyasının Rektoru Fuad Hacıyev çıxış edərək, müəllimlərin Akademiyanın uğurunun təməlində dayandığını vurğulayaraq onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
İdman.biz