Vasif Məmmədov Azərbaycan çempionu olub

Xəbərlər
8 Oktyabr 2024 10:40
428
Vasif Məmmədov Azərbaycan çempionu olub

Dinamik piramida növü üzrə Azərbaycanda bilyard çempionatı keçirilib.

İdman.biz xəbər verir ki, yarışın qalibi adını Vasif Məmmədov qazanıb.

İkinci yerə Məhəmməd Əkbərov, üçüncü yerə Fuad Ocaqverdiyev və Yəhya Məmmədov layiq görülüb.

Qeyd edək ki, 56 iştirakçının qatıldığı ölkə çempionatının məqsədi ən güclü bilyard ustalarını müəyyənləşdirməklə yanaşı, bilyard idman növünü ölkə miqyasında daha da populyarlaşdırmaq olub.

İdman.biz

Məqalədə: