Altıqat Avropa çempionu Dünya Kubokunda iştirak edəcək

Xəbərlər
10 Oktyabr 2024 11:05
526
Altıqat Avropa çempionu Dünya Kubokunda iştirak edəcək

Noyabrın 22-26-da Avstraliyanın Melburn şəhərində uşu üzrə Dünya Kuboku keçiriləcək.

İdman.biz xəbər verir ki, yarışda Azərbaycanı altıqat Avropa çempionu Elçin Eminov (60 kq) təmsil edəcək.

O, iki ildən bir keçirilən yarışda iştirak hüququna 2023-cü ildə ABŞ-ın Texas şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanmaqla nail olub.

Eminov və şəxsi məşqçisi Azər Həsənsoy Dünya Kubokuna Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yollanacaq.

Qeyd edək ki, bu, Eminovun Dünay Kubokunda ilk çıxışı olacaq.

İdman.biz

Məqalədə: