Fərid Qayıbov Dünya Etnoidman Konfederasiyasının baş katibi ilə görüşüb - FOTO

Xəbərlər
10 Oktyabr 2024 17:20
162
Fərid Qayıbov Dünya Etnoidman Konfederasiyasının baş katibi ilə görüşüb - FOTO

Bu gün gənclər və idman naziri Fərid Qayıbov Dünya Etnoidman Konfederasiyasının baş katibi Əbdülhalim Aksunu qəbul edib.

İdman.biz xəbər verir ki, qonağı salamlayan nazir ona ölkəmizdə idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib.

Əbdülhalim Aksu səmimi qəbul görə təşəkkür edib. Görüşdə ölkəmizdə etnoidman növlərinin inkişafı, bu növlərdə təşkil olunan tədbirlər, eləcə də ölkəmizin Dünya Etnoidman Konfederasiyası ilə mövcud əlaqələri müzakirə edilib.

Görüşdə nazir müavini Mariana Vasileva və Dünya Etnoidman Konfederasiyasının korporativ əlaqələr üzrə mütəxəssisi Azər Əbdürrəhman da iştirak ediblər.

İdman.biz

Məqalədə: