Gənclər və İdman Nazirliyi Gəncə şəhərində “Sağlam həyat” kütləvi idman layihəsinə start verib.
İdman.biz xəbər verir ki, Heydər Əliyev meydanında keçirilən tədbirdə nazirliyin yeni layihəsi olan “Sağlam həyat" avtomobili idman həvəskarlarının marağına səbəb olub.
Xüsusilə uşaqlar və gənclər burada qaçış, yerindən uzunluğa tullanma, top atma, ağırlıqqaldırma, turnik, paralel qollar, dayaqlı vəziyyətdən qolların bükülüb-açılması və qarın əzələlərinin möhkəmləndirilməsi (“jim” və “press”) normativlərini yerinə yetiriblər. İştirakçılar həmçinin - voleybol, basketbol, stolüstü tennis, şahmat, badminton, velosiped, boks idman növlərində də öz qüvvələrini sınayıblar. Layihənin ilk günündə 400-ə yaxın iştirakçıya göstərdikləri nəticələrə görə sertifikatlar təqdim olunub.
Layihə oktyabrın sonunadək Naftalan şəhəri, Goranboy, Daşkəsən, Samux, Göygöl, Şəmkir, Tovuz, Qazax, Ağstafa rayonlarında da həyata keçiriləcək. Növbəti aylarda isə "Sağlam həyat" avtomobili ölkənin digər bölgələrinə istiqamət alacaq.
İdman.biz