Astanada 9 medal - FOTO

Xəbərlər
14 Oktyabr 2024 12:14
430
Astanada 9 medal - FOTO

Qazaxıstanın Astana şəhərində qrapplinq və qrapplinq qi idman növləri üzrə U-15, U-17, U-20, böyüklər və veteranlar arasında dünya çempionatı keçirilib.

İdman.biz xəbər verir ki, Azərbaycan idmançılarından böyüklər arasında Fərhad Bağırov (58 kq) qızıl, Hacımurad Purtiyev (84 kq) gümüş medal qazanıblar.

Veteranlar arasında Səbuhi Məmmədov (62 kq) iki versiyada da gümüş mükafata sahib olub. Aysu Əliyeva (U-17, 40 kq) qrapplinq üzrə gümüş, qrapplinq qi versiyasında isə bürünc medala layiq görülüb.

U-20 yaş qrupu üzrə Elman Əsgərov (71 kq) və Emil Verdiyev (62 kq) gümüş, Hacıəbdül Abdulov (U-15, 29-32 kq) bürünc medala yiyələniblər.

İdman.biz