“Bellator” döyüşçüsü 39 yaşında vəfat edib

Xəbərlər
16 Oktyabr 2024 15:49
440
“Bellator” döyüşçüsü 39 yaşında vəfat edib

Keçmiş Bellator döyüşçüsü, braziliyalı Gilerme Vaskonselos 39 yaşında vəfat edib.

İdman.biz xəbər verir ki, bu barədə “MMA Fighting” məlumat yayıb.

Veteran döyüşçünün ölümün səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Vaskonselos peşəkar rinqdə 16 görüşdən 10-da qələbə qazanıb, 6-da məğlub olub. O, karyerasına 2010-cu ildə başlayıb, 2019-cu ildə başa vurub.

İdmaz.biz