“Sağlam həyat” Göygöl və Naftalanda - FOTO

Xəbərlər
18 Oktyabr 2024 09:31
35
“Sağlam həyat” Göygöl və Naftalanda - FOTO

Bölgələrdə keçirilən səyyar “Sağlam həyat” layihəsi davam edir.

İdman.biz xəbər verir ki, layihə çərçivəsində Gənclər və İdman Nazirliyinin idman avtomobili Göygöl və Naftalan şəhərlərində olub.

Göygöl şəhəri, Heydər Əliyev parkında baş tutan tədbirə 150-dən çox idman həvəskarı, Naftalan şəhəri Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən tədbirə isə 200-dək iştirakçı qoşularaq öz yaş qrupları üzrə müxtəlif idman normativlərini yerinə yetiriblər.

Naftalanda şəhər sakinləri ilə yanaşı, bu şəhərdə müalicə alan turistlər də iştirak edərək idman növlərində öz qüvvələrini sınayıblar.

İdman.biz

Məqalədə: