“Sağlam həyat” layihəsi Goranboyda - FOTO

Xəbərlər
21 Oktyabr 2024 00:17
80
“Sağlam həyat” layihəsi Goranboyda - FOTO

Gənclər və İdman Nazirliyi tərəfindən bölgələrdə keçirilən səyyar “Sağlam həyat” layihəsi davam edir.

İdman.biz xəbər verir ki, layihə çərçivəsində səyyar idman avtomobili oktyabrın 20-də Goranboyda olub.

Goranboy şəhərində Heydər Əliyev Mərkəzinin qarşısında baş tutan tədbirə qoşulan idman həvəskarları öz yaş qrupları üzrə müxtəlif idman normativlərini yerinə yetirərək fiziki bacarıqlarını sınayıblar. Qaliblər müvafiq sertifikatlarla təltif olunublar.

Qeyd edək ki, layihə çərçivəsində "Sağlam həyat" avtomobili ölkənin digər bölgələrinə də istiqamət alacaq.

İdman.biz