Bölgələrdə keçirilən “Sağlam həyat” layihəsi çərçivəsində səyyar idman avtomobili oktyabrın 28-29-da Gədəbəydə olub.
İdman.biz xəbər verir ki, Heydər Əliyev Mərkəzinin qarşısında baş tutan tədbirdə 300-dək iştirakçı qoşularaq müxtəlif idman növləri üzrə qüvvələrini sınayıblar.
Sonda idman normativlərini yerinə yetirən iştirakçılara sertifikatlar təqdim olunub.