Fərid Qayıbov bu quruma rəis təyin edib - FOTO

Xəbərlər
18 Noyabr 2024 14:47
251
Fərid Qayıbov bu quruma rəis təyin edib - FOTO

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinə rəis təyin olunub.

İdman.biz xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbovun müvafiq əmri ilə Elvin İsmayıl oğlu Quliyev Gəncə-Daşkəsən Regional Gənclər və İdman idarəsinin rəisi vəzifəsinə təyin edilib.

Elvin Quliyev bundan öncə Binəqədi rayon Gənclər və İdman İdarəsi baş məsləhətçisi vəzifəsində çalışıb, hazırkı təyinata qədər Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin əməkdaşı olub.

İdman.biz