Fərid Qayıbov tonqal ətrafında idmançılarla görüşüb, onların suallarını cavablandırıb - FOTO - VİDEO

Xəbərlər
23 Noyabr 2024 10:51
158
Fərid Qayıbov tonqal ətrafında idmançılarla görüşüb, onların suallarını cavablandırıb - FOTO - VİDEO

“İdman Paytaxtı” Quba şəhərində keçirilən lll İdman Festivalı çərçivəsində gənclər və idman naziri Fərid Qayıbov tonqal ətrafında festival iştirakçıları ilə görüşüb.

İdman.biz xəbər verir ki, nazir idmançılarla söhbət edib, onların suallarını cavablandırıb.

Görüşdə nazir müavini Mariana Vasileva, İdman şöbəsinin müdiri Elnur Məmmədov, “İdman səfirləri” - Aliyə Paşayeva, Fəridə Əzizova, Xəyyam Orucov, İlqar Qurbanov, Orxan Səfərov, türk güllə atıcısı, Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş medalçısı Şevval İlayda Tarhan da iştirak ediblər.

Tədbir uşaqların yallı rəqsi ilə başa çatıb.

İdman.biz