Braziliyada 4 medal - FOTO

Xəbərlər
28 Noyabr 2024 17:16
164
Braziliyada 4 medal - FOTO

Braziliyanın Kuritiba şəhərində kapoeyra üzrə “Desafio İnternacional” turniri keçirilib.

İdman.biz xəbər verir ki, Azərbaycan idfmançıları yarışda dörd medal qazanıblar.

Təmsilçilərimizdən Mehriban Hacıbabayeva və Dilqəm İsmayılov yeniyetmələr arasında birinci olublar.

Peşəkar kişilər qrupunda Fərid Səlimov (63 kq) qızıl, peşəkar qadınlar arasında Asya Atayeva (56 kq) gümüş medal qazanıblar.

İdman.biz