Azərbaycan idmançılarının iştirak edəcəyi beynəlxalq yarışlar üzrə həftənin idman afişası açıqlanıb.
İdman.biz xəbər verir ki, dekabrın 2–8-də müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.
🔹 Cüdo üzrə kişilər arasında Böyük Dəbilqə və BTMT – 30 noyabr - 6 dekabr (Yaponiya, Tokio);
🔹 Qılıncoynatma (sablya) üzrə qadınlar arasında Qran-Pri - 3-7 dekabr (Fransa, Orlean);
🔹 Ağırlıqqaldırma üzrə kişilər və qadınlar arasında dünya çempionatı – 4-14 dekabr (Bəhreyn, Manama);
🔹 Stolüstü tennis üzrə "Finlandiya Open" – 5-8 dekabr (Finlandiya);
🔹 Dresaj üzrə Maksima masters Avrasiya ulduzları – 5-8 dekabr (Rusiya);
🔹WKF üzrə gənclərin liqa turniri – 5-8 dekabr (İtaliya, Venesiya);
🔹 Şahmat (rapid və blits) üzrə kişilər və qadınlar arasında Avropa çempionatı – 6-11 dekabr (Makedoniya);
🔹 MMA üzrə dünya çempionatı (uşaqlar, yeniyetmələr, gənclər və böyüklər) – 6-12 dekabr (İndoneziya);
🔹 Atletika (kros qaçışı) üzrə Avropa çempionatı – 8 dekabr (Türkiyə, Antalya);
🔹 Qılıncoynatma (şpaqa) üzrə "Cadet Cirkuit" (yeniyetmə oğlanlar, qızlar) – 7-8 dekabr (Danimarka, Kopenhagen);
🔹 Taekvondo üzrə Böyük Dəbilqə turniri - 7-8 dekabr (Çin, Usi).
İdman.biz