Novxanıda partlayış: Vüqar Həşimovun ata-anası xəsarət alıb - VİDEO

Xəbərlər
3 Dekabr 2024 09:21
213
Novxanıda partlayış: Vüqar Həşimovun ata-anası xəsarət alıb - VİDEO

Abşeron rayonu, Novxanı bağlarında fərdi yaşayış evində partlayış olub.

İdman.biz APA-ya istinadən xəbər verir ki, dağıntılar altında qalanlar FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin əməkdaşları tərəfindən xilas edilir.

Məlumata görə evdə 2 nəfər olub. Onlardan hər ikisi xilasedicilər tərəfindən evdən sağ çıxarılaraq xəstəxanaya göndərilib.

Hadisə zamanı xəsarət alan şəxslərin mərhum şahmat ustası Vüqar Həşimovun valideynləri olduğu bildirilir.

Məqalədə: