TƏBİB Vüqar Həşimovun valideynlərinin durumunu açıqlayıb - VİDEO

Xəbərlər
3 Dekabr 2024 10:18
82
TƏBİB Vüqar Həşimovun valideynlərinin durumunu açıqlayıb - VİDEO

Novxanı qəsəbəsində fərdi yaşayış evində partlayış olub.

Sumqayit24.az xəbər verir ki, hadisə nəticəsində mərhum şahmat ustası Vüqar Həşimovun valideynləri dağıntılar altından sağ çıxarılaraq aidiyyəti üzrə təhvil veriliblər.

TƏBİB-dən bildirilib ki, yaralılar Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub:

“Reanimasiya şöbəsinə yerləşdirilən 1949-cu il təvəllüdlü şəxsə hər iki aşağı ətrafın və sifətin I, II, III dərəcəli yanığı, 1959-cu il təvəllüdlü şəxsə isə sol bud sümüyünün sınığı, sol əlin yarası diaqnozları təyin edilib. Müalicələri davam etdirilir, vəziyyətləri ağırdır”.

İdman.biz

Məqalədə: