Vüqar Həşimovun bacısı: “Valideynlərimin vəziyyəti ağırdır”

Xəbərlər
3 Dekabr 2024 11:03
122
Vüqar Həşimovun bacısı: “Valideynlərimin vəziyyəti ağırdır”

“Həkimlər hər şeyin yaxşı olacağına ümid edirlər”.

Bunu İdman.biz-ə mərhum qrossmeyster Vüqar Həşimovun bacısı Samirə Allahverdiyeva deyib.

O, Novxanı qəsəbəsində baş vermiş partlayışda valideynlərinin ağır xəsarət aldıqlarını bildirib: “Hazırda atamda ağır yanıqlar var. Onu Yanıq Mərkəzinə göndərdik. Əməliyyat olunmalıdır. Anamda isə ağır sınıq və yanıq xəsarətləri var. Hamımız gözləyirik. Vəziyyətləri ağırdır”.

Banuçiçək Hüseynli
İdman.biz