“Süni oksigendən istifadə etmədən dırmaşmağa çalışıram”.
İdman.biz xəbər verir ki, bunu Everesti fəth edən azərbaycanlı alpinist İsrafil Aşurlı deyib.
O, öz praktikasında oksigensiz dırmanma ilə yanaşı, oksigen istifadə edərək dırmanış olduğunu bildirib: “2014-cü ildə Tibetdə 6800 metr hündürlükdə Şişabanqmaya dırmaşarkən məndə ağciyər ödəmi yarandı. Bu kritik diaqnozla təhlükəli yüksəklikdən enməyi bacardım. Amma ağciyərlərin şişməsi elə bir şeydir ki, bu, hər an təkrarlana bilər. Ona görə də dırmanma zamanı daima yanımda tibbi oksigen daşımağa məcburam. Başqa sözlə desək, bunu istifadə edə biləcəyim ehtiyat şarı ilə edirəm. Lhotzein 8000-ci metrində məndə ağciyər ödəminə çevrilə bilən pnevmoniya başladı. Mən yalnız süni oksigenin köməyi ilə zirvəyə qalxa bildim”.
Aşurlı bələdçi funksiyasını yerinə yetirdiyi halların da olduğunu vurğulayıb: "Bu zaman siz bütün qrup üçün məsuliyyət daşıyırsınız. Ona görə də süni oksigen olmadan dırmaşmaq qadağandır".
O, gələcəkdə təmiz tendensiyaya sadiq qalmağa çalışacaq və şerpaların və süni oksigenin dəstəyi olmadan yüksəlişlər həyata keçirəcəyini qeyd edib.
Zəki Feyzullayev
İdman.biz