Azərbaycan millisinin sabiq şahmatçısı Arkadi Naydiç bundan sonra Bolqarıstanın şərəfini qoruyacaq.
İdman.biz xəbər verir ki, qrossmeyster bu “marşrut”a üstünlük verən ilk idmançı deyil.
Əvvəllər də həm Azərbaycan, həm Bolqarıstanın milliləşdirdiyi legionerlər olub. Söhbət yığmalarımıza cəlb olunan bolqarıstanlılardan getmir.
Naydiç kimi başqa ölkədən öncə Azərbaycan millisinə, ardınca Bolqarıstan yığmasına üz tutan sonuncu idmançı Larri Loupolover olub. ABŞ fiqurlu konkisürəni 2013-19-cu illərdə ölkəmizi təmsil edib. O, beş dünya çempionatı (2-si böyüklər, 3-ü gənclər) və dörd Avropa çempionatında bayrağımız altında çıxış edib.
Larri 2019-cu ildə Bolqarıstan tərəfindən milliləşdirilib. O, bu yığma ilə dünya və üç Avropa çempionatında iştirak edib.
Qeyd edək ki, Naydiç Azərbaycan millisi ilə komandalararası Avropa çempionatının qalibi olub.
İdman.biz