Azərbaycan idmanı dünyada 52-ci yerdə - REYTİNQ

Xəbərlər
8 Dekabr 2024 12:01
136
Azərbaycan idmanı dünyada 52-ci yerdə - REYTİNQ

Ölkələrin qlobal idman reytinqi açıqlanıb.

İdman.biz xəbər verir ki, siyahıda planetin 138 ölkəsi yer alıb.

Reytinqdə ilin arxada qalan hissəsindəki yarışların nəticələri nəzərə alınıb. Azərbaycan cədvəldə 52-cıdır.

İdmançılarımız ümumilikdə 205 xal toplayıblar. Ötən siyahı ilə müqayisədə ölkəmiz bir addım geriləyib. Buna Bolqarıstanın sıçrayışı səbəb olub.

205 xal 9 idman növündə qazanılıb. Cüdoda 65, boksda 32, sərbəst güləşdə 28, yunan-Roma güləşində 25, taekvondoda 24, basketbolun 3x3 növündə 18, bədii gimnastikada 8, atletikada 4, atıcılıqda 2 xal əldə olunub.

Kişilərin siyahısında 44-cü olan millimiz qadınların cədvəlində 69-cudur. Azərbaycan Avropada 28-cidir.

Qeyd edək ki, siyahıya 6823 xala malik ABŞ başçılıq edir.

İdman.biz