Tofiq Bəhramov adına Respublika stadionunun direktoru vəzifəsindən ayrılan Tələt Məmmədovun yeni iş yeri müəyyənləşib.
İdman.biz Prosport.Az-a istinadən xəbər verir ki,"Neftçi" PFK-nın sabiq meneceri, İnfrastruktur və Nəqliyyat Departamentinin keçmiş rəisi olan Tələt Məmmədov Bakı Su İdmanı Sarayına (Aquatic Palace) direktor təyin olunub.
Qeyd edək ki, Su İdmanı Sarayının əvvəlki direktoru Zaur Yaqubov idi. O, 2022-ci ilin mayında bu vəzifəyə təyin edilmişdi.
İdman.biz