Dövlət qurumlarının əməkdaşları arasında bilyard yarışı keçirilib

Xəbərlər
8 Dekabr 2024 23:17
72
Dövlət qurumlarının əməkdaşları arasında bilyard yarışı keçirilib

Dekabrın 8-də dövlət qurumlarının əməkdaşları arasında keçirilən bilyard yarışına yekun vurulub.

İdman.biz xəbər verir ki, turnirdə 23 dövlət qurumundan 43 əməkdaş iştirak edib.

Yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Bilyard Federasiyasının birgə təşkilatçılığı ilə kişilər və qadınlar arasında təşkil olunub. İki gün davam edən yarışda qadınlar arasında Türkan İbadova ("İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi) fəxri kürsünün ən yüksək pilləsində yer alıb. İlahə Hacıyeva və Fatimə Quliyeva (hər ikisi SOCAR) müvafiq olaraq ikinci və üçüncü yerə layiq görülüblər.

Kişilər arasında Elnur Quliyev (İqtisadiyyat Nazirliyi) birinci olub. Fətəli Səfərov (Nazirlər Kabineti) yarışı ikinci, Toğrul Mahmudov (SOCAR) isə üçüncü pillədə başa vurublar.

İdman.biz