Daha bir Olimpiya İdman Kompleksinə direktor təyinatı reallaşıb.
İdman.biz Prosport.Az-a istinadən xəbər verir ki, Qax Olimpiya İdman Kompleksinə İbrahim Bayramov direktor təyin olunub.
İbrahim Bayramov Vətən Müharibəsində iştirak edib.
Qeyd edək ki, bu idman obyektinin əvvəlki direktoru Anar Hüseyni idi. O, bu yaxınlarda Şəki Olimpiya İdman Kompleksinə direktor təyin edilib.
İdman.biz