Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda idmançılardan biri soyuq suda yuyunduğuna görə infarkt keçirib.
İdman.biz Fanat.Az-a istinadən xəbər verir ki, stadionda isti su olmadığına görə idmançılar soyuq su ilə yuyunmaq məcburiyyətində qalıblar.
Saytın əməkdaşı olayla bağlı stadionun direktoru Şahin İmranovla əlaqə saxlayıb. Lakin o, məlumatı təkzib edib. Şahin İmranov həmçinin iddia edib ki, stadionda isti su problemi yoxdur.
Araşdırmalarımız nəticəsində isə məlum olub ki, infarkt keçirən Anar Hümbətovdur. O, boksla məşğuldur. Əməkdaşımız onunla da əlaqə saxlayıb. Şahin İmranovdan fərqli olaraq Anar Hümbətov məlumatı təsdiqləyib. O bildirib ki, hadisə oktyabr ayında baş verib.
"Məşqdən sonra yuyunmağa getdim. İsti su olmadığndan məcbur qalıb soyuq su ilə yuyundum və elə oradaca özümü pis hiss etməyə başladım. Xəstəxanaya aparıldım. Məlum oldu ki, infakt keçirmişəm və ürəyimə stend qoydular", - deyə Anar Hümbətov bildirib.
İdmançı başına gələn olayla bağlı heç bir yerə şikayət etmədiyini deyib.
İdman.biz