Təhminə Tağı-zadə: “2024-cü ildə test sahəsində planı uğurla yerinə yetirmişik”

Xəbərlər
16 Dekabr 2024 11:19
155
Təhminə Tağı-zadə: “2024-cü ildə test sahəsində planı uğurla yerinə yetirmişik”

“2024-cü ildə test sahəsində planı uğurla yerinə yetirmişik”.

İdman.biz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru Təhminə Tağı-zadə deyib.

AMADA rəsmisi Bakıda keçirilən "Təmiz qələbə: Olimpiya ilinə yeni baxış" adlı beynəlxalq konfransın olduqca əhəmiyyətli tədbir olduğunu vurğulayıb: "Bu, 2024-cü ildə üçüncü konfransımızdır. Tədbirdə siyasətçilər, elmi işçilər, başqa ölkələrin milli antidopinq agentliklərinin nümayəndələri toplaşıb. Bildiyiniz kimi, Bakı 2026-cı il üçün dünyanın idman paytaxtı seçilib. Qarşıdakı iki il ərzində antidopinq sahəsində fəaliyyətimizi uğurla yerinə yetirmək niyyətindəyik. 2024-cü ilin yekun rəqəmlərini 2025-ci ilin yanvarında açıqlayacağıq".

Aytac Sahəd
İdman.biz