Əksər insanlar astroloji proqnozların onların taleyinə sirayət etdikləri qənaətindədir. Tarixən ən məşhurlar belə mənsub olduqları bürcə görə günə necə başlayacağını tənzimləyiblər. Bütün sahələrdə olduğu kimi, bürclər idmançılar arasında da böyük maraq doğurur. Astroloqların təbirincə desək, bürclər bəzi ipuçları verir, nəticə çıxarmaq isə sizdən asılıdır.
İdman.biz-in təqdim etdiyi “İdman bürcü” müxtəlif idman növlərilə məşğul olan sağlam ruh sahiblərinin həftə ərzində necə hərəkət etmələrində bir növ mayak rolunu oynayacaq. Eyni zamanda, peşəkar idmançı olmasanız belə, “İdman bürcü”nü oxumaqla istirahətə və ya məşqə necə yanaşmağın istiqamətlərini görə biləcəksiniz.
Qoç
Həftənin əvvəli Qoçlar şəxsi və iş həyatında aktiv fəaliyyətə həvəslənəcəklər. Maliyyə sahəsindəki sabitlik yeni alışlar üçün imkan yaradacaq. Sevdikləriniz arasında diqqətinizə ehtiyacı olanlarla vaxt keçirməyə dəyər. Çoxdan gözlənilən layihəyə başlamaq əlverişli olacaq, şansınızı qaçırmayın. İşlərinizə yaradıcı yanaşmanız başqalarından fərqlənməyə kömək edəcək. Güləş, basketbol, voleybol, futzal, həndbol və atıcılıq idman növlərində uğurlar vəd olunur.
Buğa
Bu həftə Buğalar hər hansı bir işin öhdəsindən gəlməyə kömək edəcək inam dalğasını hiss edəcəklər. Yaxınlarınızla münasibətlərdə harmoniya sevinc və dəstək hissi gətirəcək. Maliyyə vəziyyətiniz daha çox özünüzdən asılı olacaq. Ehtiyac duyulmayan xərclərin qarşısını almaqla buna nail ola bilərsiniz. Məsuliyyətinizi artırsanız, işdə uğurlu nəticələr əldə edəcəksiniz. Həftəsonu qısa bir fasilə götürərək dincəlməyiniz yerinə düşər. Çövkən, atletika, atıcılıq, avarçəkmə, güləş və cüdo növləri ilə məşğul olanlar üçün şanslı həftədir.
Əkizlər
Əkizlər üçün bu həftə gələcək üçün plan və strategiyalara diqqət yetirməyin vaxtıdır. Yeni ideyalarınızı yaxınlarınızla bölüşsəniz, bu, uğurlu layihələrin əsasına çevrilə bilər. Dostlarınız və ya həmkarlarınızla ünsiyyət sizin üçün maraqlı imkanlar açacaq. Sevgi həyatı anlaşılmazlıqların qarşısını almaq üçün dürüstlük tələb edəcək. Həftənin enerjisi xırda çətinliklərin öhdəsindən gəlməyə imkan verəcək. Hokkey, stolüstü tennis, həndbol, voleybol və basketbol növlərində hədsiz uğurlar gözlənilir.
Xərçəng
Xərçənglər həftə ərzində karyera perspektivlərinə diqqət yetirməlidirlər. Yüksəlmə imkanları xüsusilə nəzərə çarpacaq. Sağlam planlaşdırma sayəsində maliyyə sabitliyi güclənəcək. İstirahətə vaxt ayırsanız, sağlamlığınız yüksək səviyyədə qalacaq. Bu həftə sizə sabitlik və məmnunluq hissi bəxş edəcək. Son dərəcə təmkinli olmağınız tələb olunur. Stolüstü tennis, cüdo, gimnastika, güləş və karate ilə məşğul olanları şəxsi həyatları ilə bağlı xoş müjdələr gözləyir.
Şir
Bu həftə Şirlərin əhval-ruhiyyəsi yüksələcək. Sizi yeni uğurlara ruhlandıracaq parlaq hadisələr gözlənilir. İşdə istedadınızı göstərməkdən qorxmayın - əzmkarlığınız nəzərə çarpacaq. Sevdiyiniz insana diqqət göstərsəniz, şəxsi həyatınızda xoş sürprizlər olacaq. Uğurlu gələcək qurmaq üçün uzunmüddətli hədəflərə diqqət yetirmək vacibdir. Karate, basketbol, futzal, minifutbol və güləş idman növlərində uğurlar qazanmaq şansı böyükdür.
Qız
Qızlar bu həftə müvəffəqiyyət dolu bir dövrlə üzləşəcəklər. Düşünülmüş hərəkətləriniz lazımsız münaqişələrin qarşısını almağa və işdə mövqeyinizi gücləndirməyə kömək edəcək. Yaxınlarınızla münasibətlərdə çeviklik göstərin - bu harmoniyanı qorumağa kömək edəcək. Həftə uzun müddətdir davam edən maliyyə məsələlərinin həlli üçün əlverişlidir. Daxili dincliyiniz məhsuldarlığın açarı olacaq. Üzgüçülük, karate, boks, şahmat, futbol və güləş idman növlərində bol-bol uğurlar vəd edilir.
Tərəzi
Bu həftə Tərəzilər üçün məhsuldar olacaq. Peşəkar sahədə açılan imkanlara fikir verməyiniz tövsiyə edilir. Həmkarlar və tərəfdaşlarla əlaqələri gücləndirmək sizə uğur qazanmağa kömək edəcək. Xərclərinizə diqqətli olsanız, maddi durumunuz yaxşılaşacaq. Gözlənilmədən gələ biləcək ilham hissi sizə yeni ideyalar verə bilər. Cüdo, boks, stolüstü tennis, qılıncoynatma, futbol və şahmatla məşğul olanlar üçün uğurlar qaçılmazdır.
Əqrəb
Əqrəblər həftəyə müsbət köklənsələr, həyatlarında çox şeyin yaxşıya doğru dəyişəcəyini hiss edəcəklər. Səmimiyyətiniz sayəsində eşq həyatınızda yeni rənglər açılacaq. İş həftəsi maksimum fəallıq tələb edəcək, maraqlı tapşırıqlarla qarşılaşacaqsınız. Əsla geri çəkilməmələi, öhdəliklərinizi keyfiyyətlə yerinə yetirməlisiniz. Pul xərclərində diqqətli olmalısınız ki, maliyyə sabitliyini qoruya biləsiniz. Karate, futbol, cüdo, ağırlıqqaldırma, güləş və üzgüçülüklə məşğul olan idmançıların bəxti üzlərinə güləcək.
Oxatan
Oxatanlar üçün həftə tez qərar qəbul etməyi tələb edəcək hadisələrlə zəngin olacaq. Analitik bacarıqlarınız istənilən çətinliyin öhdəsindən gəlməyə kömək edəcək. Yaxınlarınızla münasibətlərdə daha çox səbir və anlayış göstərin. Yeni peşəkar çağırışlar karyera yüksəlişi üçün perspektivlər aça bilər. Maliyyə sahəsində nisbətən artım hiss edəcəksiniz. Voleybol, tennis, sambo, basketbol, həndbol və cüdoçular üçün yaxşı başlanğıc olacaq.
Oğlaq
Bu həftə Oğlaqlar əhəmiyyətli dəyişikliklərin astanasında olduqlarını hiss edəcəklər. İş sferasında məsuliyyətiniz və zəhmətiniz mükafatlandırılacaq. Yaxınlarınızla ünsiyyətə açıq olsanız, şəxsi həyatınız sevinc gətirəcək. Maliyyə vəziyyəti sabitləşəcək, bu, uzunmüddətli hədəfləri planlaşdırmağa imkan verəcək. İdeyalarınız və təşəbbüsləriniz lazımi insanların diqqətini çəkəcək. Ötüstü hokkey, üzgüçülük, atçılıq, qaçış, voleybol və güləş növlərində uğurlar gözləniləndir.
Dolça
Dolçalar üçün bu həftə kəşflər və yeni perspektivlər dövrü olacaq. Yaradıcılığınız mürəkkəb problemlərin həlli yollarını tapmağa kömək edəcək. Şəxsi həyatınız diqqət tələb edəcək - hisslərinizi göstərməyə çalışın. Lazımsız risklərdən qaçsanız, pulla bağlı işlər uğurlu olacaq. Sizi sevindirəcək xoş xəbərlər gözlənilir. Velosiped, qaçış, qılıncoynatma, avarçəkmə, atıcılıq və güləş idmanında nailiyyətlər qaçılmazdır.
Balıqlar
Həftə ərzində Balıqlar şəxsi inkişafa səbəb olacaq dəyişikliklərə ehtiyac duyacaqlar. İşdə diqqətinizi qarşıda duran vəzifələrə yönəltsəniz, səyləriniz öz bəhrəsini verəcək. Təşəbbüs göstərsəniz, yaradıcı layihələriniz bəhrəsini verəcək. Praqmatik yanaşmanız sayəsində maliyyə sektoru sabit qalacaq. İntuisiyanıza inanın, bu, yeni başlanğıclar üçün təkan olacaq. Güləş, gimnastika, futbol, avarçəkmə və sambo növləri ilə məşğul olanların xoş müjdələr alacağı qaçılmazdır.
İdman.biz