Azərbaycanın üç idmançısı dopinqə görə cəzalandırılıb

Xəbərlər
19 Dekabr 2024 12:34
69
Azərbaycanın üç idmançısı dopinqə görə cəzalandırılıb

Azərbaycanın üç idmançısı dopinqə görə cəzalandırılıb.

“Report” AMADA-ya istinadən xəbər verir ki, Səidə Əliyeva (taekvondo), Günel Vəliyeva (ağırlıqqaldırma) və Rövşən Xəlilov (pauerliftinq) diskvalifikasiya olunublar.

Hər üç idmançının cəzalandırılmasına nümunələrində qadağan edilmiş maddələrin aşkarlanması səbəb olub. S.Əliyevada “furosemid”, G.Vəliyevada “methyltrienolon”, R.Xəlilovda isə “metandienone” aşkarlanıb.

S.Əliyeva yarışlardan 2, digər idmançılar isə 4 il müddətinə uzaqlaşdırılıb. Taekvondoçu ilə bağlı sanksiyanın başlama tarixi bu il fevralın 16-sı göstərilib.

Dörd illik cəzalandırılan G.Vəliyeva ilə bağlı sanksiyanın 2023-cü il sentyabrın 7-dən etibarən başladığı təsdiqlənib. Pauerliftinqçi R.Xəlilovun cəzası isə 2021-ci il noyabrın 18-dən qüvvəyə minib.

İdman.biz