Azərbaycanın regionları üzrə həftənin idman afişası açıqlanıb.
İdman.biz xəbər verir ki, dekabrın 23-29-da müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.
🔹 Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi
- Səyyar “Sağlam həyat” layihəsi çərçivəsində idman tədbiri – 24-25 dekabr, saat 11:00 (Sumqayıt şəhər, “Kimyaçı” Mədəniyyət Sarayının qarşısı);
- “Sağlam həyat” layihəsi çərçivəsində bədii gimnastika üzrə məşqçi-müəllim Aygül Babaşova tərəfindən ustad dərsləri – 26 dekabr, saat 19:00 (Abşeron Olimpiya İdman Kompleksi);
- ”İdman hamı üçün” layihəsi çərçivəsində sərbəst güləş üzrə məşqçi-müəllim Zülfüqar Bayramov tərəfindən ustad dərsləri – 27 dekabr, saat 16:00 (Xızı rayon, Giləzi qəsəbəsi, UGİŞM);
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş cüdo üzrə 2010-2012; 2013-2015-ci il təvəllüdlü oğlanlar və qızlar arasında Sumqayıt Olimpiya İdman Kompleksinin açıq turniri - 29 dekabr, saat 9:00 (Sumqayıt Olimpiya Kompleksi).
🔹 Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dama üzrə həvəskarlar arasında rayon turniri - 24 dekabr, saat 14:30 (Ağsu rayon UGİŞM);
- "İdman hamı üçün" layihəsi çərçivəsində "Atletika hamı üçün” - 25 dekabr, saat 11:00 (İsmayıllı rayon, Lahıc qəsəbə tam orta məktəbi);
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Qobustan rayon turniri - 25 dekabr, saat 15:00 (“Ağırlıqqaldırma” idman zalı);
- "İdman hamı üçün" layihəsi çərçivəsində "Şamaxı" İdman Klubunun məşqçi-müəllimi, qrapplinq üzrə ölkə çempionu Anar Məmmədovun rəhbərliyi ilə qrapplinq üzrə ustad dərsi - 26 dekabr, saat 16:00 ("Şamaxı" idman klubu).
🔹 Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş şahmat turniri - 23-28 dekabr, saat 14:00 (“Təhsil” RİM Publik Hüquqi Şəxsin Gəncə şəhər 2 nömrəli UGİŞM PHŞ);
- “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində boks üzrə Gəncə şəhər birinciliyi - 24-26 dekabr, saat 12:00 (Gəncə Olimpiya İdman Kompleksi);
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş ümumtəhsil məktəb müəllimləri arasında nərd oyunu üzrə şəxsi birincilik - 25 dekabr, saat 15:00 (Goranboy Gənclər Parkı);
- Məktəblər arasında voleybol üzrə Göygöl rayon birinciliyi - 26 dekabr, saat 12:00 (Göygöl şəhər 1 nömrəli tam orta məktəb);
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş cüdo üzrə Gəncə şəhər birinciliyi - 28-29 dekabr, saat 9:00 (“Metallurq” Mədəniyyət və İdman Kompleksi);
- Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş cüdo üzrə Naftalan şəhər açıq birinciliyi - 28-29 dekabr, saat 11:00 (Naftalan şəhər stadionu);
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş dama turniri - 28 dekabr, saat 13:00 (“Təhsil” RİM Publik Hüquqi Şəxsin Gəncə şəhər 2 nömrəli UGİŞM PHŞ);
- Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş kikboksinq üzrə Samux rayon turniri - 28 dekabr, saat 17:00 (Gəncə şəhər Məhsəti Qəsəbəsi Samux Kikboksinq idman zalı).
🔹 Qarabağ Regional Gənclər və İdman İdarəsi
- 3x3 basketbol üzrə məktəblilər arasında (8-11-ci siniflər qızlar) rayon turniri – 24-26 dekabr, saat 14:30 (Ağcabədi Olimpiya İdman Kompleksi);
- Yeniyetmələr arasında 100 metr məsafəyə qaçış üzrə rayon turniri – 25 dekabr, saat 10:00 (Yeni Xocavənd qəsəbəsi);
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə kikboksinq üzrə rayon turniri - 26 dekabr, saat 14:00 (Füzuli rayonu Horadiz şəhəri).
🔹 Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş şahmat üzrə rayon turniri - 25 dekabr, saat 12:30 (Şəmkir şəhər Gənclər Evi);
- Stolüstü tennis üzrə 2010-2013-cü il təvəllüdlü yeniyetmələr arasında rayon turniri - 26 dekabr, saat 10:30 (Ağstafa şəhər Ə.Həmidoğlu adına Aşağı Göycəli kənd tam orta məktəbi);
- Həvəskarlar arasında şahmat üzrə rayon turniri - 27-28 dekabr, saat 10:00 (Gədəbəy rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi);
- Voleybol üzrə nümunəvi çıxışlar - 27 dekabr, saat 16:00 (Tovuz Olimpiya İdman Kompleksi).
🔹 Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi
- "İdman hamı üçün" layihəsi çərçivəsində voleybol üzrə kütləvi idman tədbiri – 23 dekabr, saat 12:00 (Siyəzən şəhər 2 nömrəli tam orta məktəb);
- "İdman hamı üçün" layihəsi çərçivəsində boks üzrə nümunəvi çıxışlar - 26 dekabr, saat 18:00 (Xaçmaz boks idman zalı);
- "İdman hamı üçün" layihəsi çərçivəsində kikboksinq üzrə nümunəvi çıxışlar - 26 dekabr, saat 18:00 (Quba Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində voleybol üzrə kütləvi idman tədbiri - 27 dekabr, saat 15:00 (Şabran şəhər 1 nömrəli tam orta məktəb).
🔹 Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi
- Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş yeniyetmə və gənclər arasında şahmat üzrə rayon birinciliyi - 26-27 dekabr, saat 11:00 (Oğuz rayon Şahmat zalı);
- Həvəskarlar arasında nərd üzrə rayon turniri - 26 dekabr, saat 15:00 (Balakən rayonu Gənclər Evi);
- Bələdiyyə və təşkilatlar arasında minifutbol üzrə rayon turniri - 26 dekabr, saat 17:00 (Balakən Olimpiya İdman Kompleksi).
🔹 Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi
- “İdman hamı üçün” layihəsi çərçivəsində cüdo üzrə nümunəvi çıxışlar - 23 dekabr, saat 15:00 (Salyan şəhər Böyükağa Talıblı küçəsi);
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə yeniyetmələr arasında şahmat üzrə şəhər turniri – 24-26 dekabr, saat 10:00 (“Təhsil” RİM UGİŞM)
- “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" və Yeni il bayramı münasibətilə yeniyetmə oğlanlar arasında stolüstü tennis üzrə şəhər birinciliyi - 24-25 dekabr, saat 12:00 (Hacıqabul şəhər 5 nömrəli tam orta məktəb);
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar yeniyetmə və gənclər arasında sərbəst güləş üzrə rayon turniri - 27-28 dekabr, saat 14:00 (Neftçala Olimpiya İdman Kompleksi).
İdman.biz