AZAL-ın Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan təyyarəsində sağ qalanların 14-ü Azərbaycan, 10-u Rusiya, 2-i Qırğızıstan vətəndaşıdır.
İdman.biz xəbər verir ki, bu barədə Qazaxıstanın Səhiyyə Nazirliyindən APA-ya bildirilib.
Sağ qalanlardan üçünün vətəndaşlığı müəyyən edilməyib.
№ |
Ф.И.О. |
Возраст |
Гражданство |
1 |
Асанов Ринат |
03.11.2004г.р. |
Киргизия |
2 |
Османов Т. |
20.08.1998 г.р. |
Киргизия |
3 |
Джумалиев Е. |
04.07.1988 |
Россия |
4 |
Евстегнеева К. |
30.07.1990 |
Россия |
5 |
Байрамзара А. |
28.03.2004 |
Азербайджан |
6 |
Алиев З. |
05.06.1998 |
Азербайджан |
7 |
Жалелов Н. |
01.09.1992 |
Азербайджан |
8 |
Мамедов З. |
17.08.1988 |
Россия |
9 |
Сираков Н. |
17.03.1953 |
Азербайджан |
10 |
Арысбаева М. |
06.02.1980 |
Россия |
11 |
Асадов С. |
15.08.1967 |
Азербайджан |
12 |
Бисекеева Д. |
1970 г.р. |
Россия |
13 |
Караев Н. |
07.06.1988 |
Азербайджан |
14 |
Сейдахматова М. |
1975 г.р. |
Россия |
15 |
Кадиров Г. |
28.05.1978 |
Азербайджан |
16 |
Разимли А. |
20.09.1999 |
Азербайджан |
17 |
Эдиев У. |
15.09.1969 |
Россия |
18 |
Неизвестный Имя Азой |
Россия |
|
19 |
Джапаров Т. |
26.04.1992 |
Азербайджан |
20 |
Дережиев Т. |
09.01.1959 |
Азербайджан |
21 |
Дирбисиков С. |
12.30.1986 |
Азербайджан |
22 |
Папахов С. |
30.10.1976 |
Россия |
23 |
Кафа Ш. |
26.01.1981 |
Азербайджан |
24 |
Неизвестная Лейла |
1996 г.р. |
Азербайджан |
25 |
Рахимов С. |
30.10.1976 |
Россия |
26 |
Неизвестная женщина |
32 года |
неизвестно |
27 |
Неизвестная женщина |
40 лет |
неизвестно |
28 |
Арсбаева М. (ребенок) |
13.08.2013 |
Живет в Германии гражданство не знает |
29 |
Джерова С.Х. (ребенок) |
22.01.2008 |
Азербайджан |
****
13:34
Aktau yaxınlığında baş verən sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 28 nəfər tibb müəssisələrinə yerləşdirilib.
İdman.biz xəbər verir ki, bu barədə Qazaxıstan Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, xəsarət alanlara xəstəxanalarda bütün zəruri tibbi yardım göstərilir. Hadisə yerinə 23 təcili tibbi yardım briqadası səfərbər edilib.
Bu gün Astanadan Aktauya cərrah və travmatoloqlardan ibarət mütəxəssis briqadası ilə tibbi aviasiya təyyarəsi yola düşəcək.
****
12:24
Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan və 16 Rusiya Federasiyası vətəndaşı olub.
İdman.biz xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi ilkin məlumat yayıb.
Bildirilib ki, zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir. İlkin məlumata görə, 25 nəfər sağ qalıb, onlardan 22-si xəstəxanaya çatdırılıb. Sərnişinlərin siyahısı yenilənir.
****
12:07
Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus təyyarədən sağ çıxan sərnişinlərin görüntüsü yayımlanıb.
İdman.biz xəbər verir ki, hadisə ilə bağlı videogörüntü "Baza" teleqram kanalında görüntülənib.
****
12:00
“Azərbaycan Hava Yolları”na məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin marşrutunun dəyişdirilməsinə səbəb qatı duman olub.
İdman.biz xəbər verir ki, bu barədə Qroznı hava limanının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, təyyarə əvvəlcə Mahaçqalaya, sonra isə Aktauya yönləndirilib: “Əvvəlcə təyyarənin sərt eniş etdiyi bildirilsə də, sonradan təyyarənin qəzaya uğradığı məlum olub”.
Qeyd edək ki, KİV-in məlumatına görə, qəzaya səbəb təyyarə ilə quş sürüsünün toqquşma olub.
****
11:40
“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
İdman.biz xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
Bildirilib ki, təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Sərnişinlər arasında uşaqlar olmayıb, zərərçəkənlər barədə məlumat tezliklə təqdim ediləcək. Məlumata görə sağ qalanlar var, onlara ilkin tibbi yardım göstərilir.
Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir.
İdman.biz