Gənclər və İdman Nazirliyi ilin yekunları ilə bağlı tədbiri təxirə salıb

Xəbərlər
25 Dekabr 2024 14:39
210
Gənclər və İdman Nazirliyi ilin yekunları ilə bağlı tədbiri təxirə salıb

Azərbaycan Gənclər və İdman Nazirliyinin (GİN) ilin yekunlarına həsr olunmuş tədbiri təxirə salınıb.

İdman.biz xəbər verir ki, bu barədə məlumatı GİN-in mətbuat xidməti yayıb.

Dekabrın 26-da “Buta Palace”da keçirilməsi planlaşdırılan tədbirin təxirə salınmasına bu gün baş vermiş təyyarə qəzası səbəb olub. Nazirlik belə məqamda milli birlik və dəstək göstərməyin vacibliyini nəzərə alaraq bu addımı atıb. Tədbir yeni tarixdə - 2025-ci il yanvarın 9-da eyni məkanda keçiriləcək.

Qeyd edək ki, "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Aktauda qəzaya uğrayan təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

İdman.biz