Prezident İlham Əliyev: "Təyyarə qəzası ilə bağlı məsələ tam araşdırılmalıdır"

Xəbərlər
25 Dekabr 2024 16:32
100
Prezident İlham Əliyev: "Təyyarə qəzası ilə bağlı məsələ tam araşdırılmalıdır"

"Bakı-Qroznı marşrutu ilə hərəkət edən AZAL şirkətinə məxsus təyyarə havanın pisləşməsi ucbatından istiqamətini dəyişmiş və Aktau hava limanına tərəf uçmağa başlamış, eniş zamanı qəza baş vermişdir".

İdman.biz AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı keçirdiyi müşavirədə deyib.

Dövlətimizin başçısı, həmçinin bildirib: “Mediada, sosial şəbəkələrdə təyyarənin qəzaya uğraması anları mövcuddur. Ona görə onu hər kəs görə bilər. Ancaq qəzanın səbəbləri bizə bəlli deyil. Müxtəlif versiyalar var. Hesab edirəm ki, hələ bu barədə danışmaq tezdir. Məsələ tam araşdırılmalıdır”.

İdman.biz