Təyyarə qəzasında həlak olanlardan 7-nin şəxsiyyəti müəyyənləşib - RƏSMİ

Xəbərlər
26 Dekabr 2024 10:59
80
Təyyarə qəzasında həlak olanlardan 7-nin şəxsiyyəti müəyyənləşib - RƏSMİ

Aktauda təyyarə qəzasında həlak olanlardan 7 nəfərinin şəxsiyyəti müəyyənləşib.

İdman.biz xəbər verir ki, bu barədə APA-ya Qazaxıstanın Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, həlak olan 38 nəfərin meyiti Tibbi Ekspertiza Mərkəzinə aparılıb, onlardan 6-sı Qazaxıstan vətəndaşı və 3-ü ekipaj üzvləridir.

Qəzanın nəticələrinin aradan qaldırılması üzrə işlərə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Milli Qvardiyasının 306 nəfər şəxsi heyəti, 101 ədəd texnikası, iki ədəd hava gəmisi, 6 kinoloji qrupu və Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.

İdman.biz

Məqalədə: