Təyyarə qəzasında sağ qalanlardan 12 nəfər bu gün Azərbaycana gətirilir

Xəbərlər
26 Dekabr 2024 11:29
64
Təyyarə qəzasında sağ qalanlardan 12 nəfər bu gün Azərbaycana gətirilir

Aktauda qəzaya uğramış AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarənin sağ qalan sərnişinlərindən 12 nəfər bu gün ölkəyə gətirilir.

İdman.biz AZƏRTAC-a istinadən xəbər verir ki, vəziyyəti qənaətbəxş olan 7 nəfər adi reys, vəziyyəti orta-ağır qiymətləndirilən 5 sərnişin isə ayrılmış həkim briqadasının müşayiəti altında Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi ilə göndəriləcək.

İdman.biz

Məqalədə: