Oktyabrın 25-də İtaliyanın Karrara şəhərində kunq-fu üzrə vahid dünya çempionatı start götürəcək.
İdman.biz xəbər verir ki, yarışda Azərbaycan milli komandası da iştirak edəcək.
Yığmamız çempionata 55 nəfərlik heyətlə yollanacaq. Bunlardan 45-i idmançı, 3-ü hakim, 7-si isə məşqçi və rəhbər heyətdir.
Qeyd edək ki, yarışda bir çox idman növləri üzrə mübarizələr olduğu üçün vahid dünya çempionatı adlandırılır. Birincilik oktyabrın 29-da yekunlaşacaq.
Emin Ağa
İdman.biz