“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Müşahidə Şurasının qərarına əsasən, J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində xəsarət alanlar və vəfat edənlərə kompensasiya ödəniləcək.
İdman.biz xəbər verir ki, bu barədə AZAL-ın prezidenti Samir Rzayev deyib.
Xəsarət alanların hər birinə 20 min manat, vəfat edənlərin hər birinin ailəsinə isə 40 min manat kompensasiya ödənilməsi müəyyən edilib.
Bununla yanaşı, bütün sərnişinlər Azərbaycan Respublikası qanunvericiliyinə və qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq tətbiq edilən müvafiq sığorta ödənişi alacaqlar.
İdman.biz