İdmançılarımız 2024-cü ildə neçə yarışa qatılıb?

Xəbərlər
27 Dekabr 2024 13:33
134
İdmançılarımız 2024-cü ildə neçə yarışa qatılıb?

Azərbaycan idmançılarının 2024-cü ildə qatıldığı yarışların sayı bəlli olub.

İdman.biz xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi açıqlayıb.

Nazirlik tərəfindən il ərzində Azərbaycan idmançılarının 266 beynəlxalq yarışda iştirakı təmin edilib. Bundan başqa, təmsilçilərimiz 103 təlim-məşq toplanışına qatılıblar.

Ölkə miqyaslı turnirlərin də ümumi sayı müəyyənləşib. Gənclər və İdman Nazirliyinin 2024-cü il üçün təsdiq etdiyi “Respublika və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərinin vahid təqvim planı”na əsasən, il ərzində respublikada fəaliyyət göstərən federasiyalar ilə birlikdə ölkə miqyaslı 305 yarış baş tutub.

İdman.biz