2024-cü il son saatlarını yaşayır.
İdman.biz xəbər verir ki, başa çatmaqda olan il komanda idman növlərindəki yığmalarımız üçün fərqli alınıb.
Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət millimiz Olimpiya Oyunlarında iştirak edibsə, kişi futbolçularımız Millətlər Liqasında D liqasına yuvarlanıb. Bütün bunlar ilin yekun reytinqində də əksini tapıblar.
Yığmalarımızın 2024-cü ildəki son reytinq siyahılarındakı mövqelərinə nəzər salaq. Qadın basketbolçulardan ibarət 3x3 millimiz ən yaxşı komandamızdır. Onlar siyahıda 30-cudurlar. Futzal millimiz ikinci, qadın voleybolçular üçüncüdür. Ən zəif yığma isə elə kişi futbolçulardan ibarət komandadır.
Milli komandalarımız dünya reytinqində
Futbol (kişilər) - 117
Futbol (qadınlar) - 75
Futzal (kişilər) - 32
Basketbol (kişilər) - 116
Basketbol (qadınlar) - 107
Basketbol 3x3 (qadınlar) – 30
Voleybol (kişilər) - 82
Voleybol (qadınlar) - 35
İdman.biz