Əksər insanlar astroloji proqnozların onların taleyinə sirayət etdikləri qənaətindədir. Tarixən ən məşhurlar belə mənsub olduqları bürcə görə günə necə başlayacağını tənzimləyiblər. Bütün sahələrdə olduğu kimi, bürclər idmançılar arasında da böyük maraq doğurur. Astroloqların təbirincə desək, bürclər bəzi ipuçları verir, nəticə çıxarmaq isə sizdən asılıdır.
İdman.biz-in təqdim etdiyi “İdman bürcü” müxtəlif idman növlərilə məşğul olan sağlam ruh sahiblərinin həftə ərzində necə hərəkət etmələrində bir növ mayak rolunu oynayacaq. Eyni zamanda, peşəkar idmançı olmasanız belə, “İdman bürcü”nü oxumaqla istirahətə və ya məşqə necə yanaşmağın istiqamətlərini görə biləcəksiniz.
Qoç
Qoçlar üçün yanvarın başlanğıcı şəxsi inkişaf və cəsarətli təşəbbüslər, xüsusən də biznes layihələri sahəsində imkanlar açır. Sosial çevrənizi genişləndirməyə çalışın: yeni tanışlar sizə yaxın günlərdə ən yaxşı şəkildə necə davranacağınızı söyləyəcək. Daxili harmoniyanı qorumaq üçün vaxtında dincəlməyə və həddindən artıq yüklənməməyə çalışın. Atıcılıq, karate, cüdo, stolüstü tennis, voleybol, güləş və gimnastika ilə məşğul olanları şəxsi həyatları ilə bağlı xoş müjdələr gözləyir.
Buğa
İlin ilk on günü Buğalara maliyyə vəziyyətini gücləndirmək və gələcək uğurlarının əsasını qoymaq şansı verir. Uzunmüddətli planlara diqqət yetirmək vacibdir: sabit qərarlar indi impulsiv hərəkətlərdən daha sürətli nəticələr verir. Tədricən ehtiyatlar toplayaraq, gələcəyinizi düşünün. Həftəsonunu dostların əhatəsində olmağa çalışın. Üzgüçülük, güləş, karate, futbol, cüdo və ağırlıqqaldırma ilə məşğul olan idmançıların bəxti üzlərinə güləcək.
Əkizlər
Əkizlər yeni ideyalarını paylaşmaqdan qorxmasalar, bu həftənin hər günü uğurlu ola bilər. Darıxmamaq üçün gündəlik işlərdə belə yaradıcı olmağa çalışın. Yaxınlarınızın dəstəyi ilə bir sıra məqamlarda müsbət nəticə ələdə edəcəksiniz. Maddi durumunuz ağlınıza gəlməz dərəcədə yüksələcək. Sadəcə, lazımsız xərclərdən uzaq durmanız məsləhət görülür. Həftə sonu ailənizlə istirahət əhvalınızı xoş edəcək. Futbol, güləş, üzgüçülük, karate, şahmat və boks idman növlərində bol-bol uğurlar vəd edilir.
Xərçəng
Bu həftə Xərçənglərə ailə bağlarını gücləndirmək və daxili vəziyyətlərini uyğunlaşdırmaq üçün yol açır. Pulunuzu ehtiyatla xərcləməlisiniz, çünki lazımsız alışlardan maddi durumunuzun pisləşəcəyi istisna edilmir. Yalnız qənaət etməklə bunun qarşısını ala bilərsiniz. Yaxınlarınızla münasibətdə bacardığınız qədər təmkinli olmalısınız. Bütün sahələrdə bu tempi qoruyun. Gimnastika, futbol, sambo və avarçəkmə, güləş növləri ilə məşğul olanların xoş müjdələr alacağı qaçılmazdır.
Şir
Yanvarın ilk günlərində Şirlər qeyri-ənənəvi yaradıcılıq formaları və ya hobbi üçün istedadlar kəşf edə bilərlər. Emosional sahəyə diqqət yetirin: hissləri düzgün ifadə etmək bacarığı işdə və ailədə əlverişli atmosfer yaradacaq. Qabiliyyətlərinizə inamı qorumaq və enerjinizi xırda şeylərə sərf etməmək üçün münaqişələrdən qaçmağa çalışın. Həndbol, cüdo, voleybol, tennis, basketbol və samboçular üçün yaxşı başlanğıc olacaq.
Qız
2025-ci ilin gəlişi Qızlara xoş əhval-ruhiyyə bəxş edəcək. Yaxınlarınızla münasibətləri yenidən nəzərdən keçirməlisiniz. Kimdən xeyir, kimdən ziyan gələcəyinə əmin olmalısınız. Səmərəliliyi artırmaq və vaxta qənaət etmək üçün bu müddət ərzində gündəlik iş rejiminizə yeni yanaşmalar tətbiq etməyə çalışın. Öz resurslarınızı qiymətləndirməklə hansı vəzifələri həyata keçirilə biləcəyinizin daha yaxşı olduğunu anlamağa kömək edəcək. Velosiped, atıcılıq, güləş, qılıncoynatma, avarçəkmə və qaçış idmanında nailiyyətlər özünü göstərəcək.
Tərəzi
Yeni həftə Tərəzilərin təhsili və şəxsi inkişafı ilə bağlı məsələlərin həlli üçün xüsusilə əlverişli olacaq. İşləri daha da irəli aparmaq üçün dönüş yaradacaqsınız . Bununla bağlı ürək qızdırdığınız insanların köməyindən faydalanmaqdan çəkinməyin. Özünüzə inamı bərpa etmək üçün məsuliyyətinizi artırmalısınız. Həftəsonu dostlarınızdan xoş müjdə gözlənilir. Cüdo, çövkən, atletika, avarçəkmə, güləş və atıcılıq növləri ilə məşğul olanlar üçün şanslı həftədir.
Əqrəb
Yeni ilin ilk həftəsində Əqrəbləri zəngin iş qrafiki gözləyir. Əsas gücünüzü perspektivli layihələrə yönəltməklə istədiyiniz nəticəni əldə edə biləcəksiniz. İnsanlarla təmasda ehtiyatlı və təmkinli olmağınız məsləhətdir. Bu, yarana biləcək anlaşılmazlıqları aradan qaldırmaq üçün vacib şərtdir. Şəxsi işlərinizlə yanaşı, ailənizə də vaxt ayırın. Maddi vəziyyətinizdə nisbətən artım hiss edəcəksiniz. Həndbol, atıcılıq, güləş, basketbol, futzal və voleybol idman növlərində uğurlar vəd olunur.
Oxatan
Bu həftə Oxatanların aktiv münasibəti peşəkar sahədə yeni ideyalar axtarışına sövq edir. Həddindən artıq sərt addımlar atmaqdan çəkinin: Düşünülmüş strategiyanız daha çox şey əldə etməyə kömək edəcək. Həftənin sonunda qısa bir səfər sizə yenidən işə başlamaq və gələcək planlarınızı həyata keçirməyə imkanı verəcək. Sağlamlığınıza qarşı diqqətli olmağınız məsləhət görülür. Boks, stolüstü tennis, futbol, şahmat, cüdo və qılıncoynatma ilə məşğul olanlar üçün uğurlar qaçılmazdır.
Oğlaq
Bu həftə Oğlaqlar enerji sərf etmədən şəxsi məqsədlərə çatmaq üçün resurslarını dəyərləndirəcəklər. Etibarlı mütəxəssislərin dəqiq hesablamaları və məsləhətləri əsasında mühüm maliyyə qərarları qəbul etmək daha yaxşıdır. Şanslı günlər yaşayacaqsınız, çalışın yaranan məqamlardan faydalanasınız. Həftəsonu ailənizlə birlikdə istirahət əhvalınızı xoş edəcək. Basketbol, futzal, güləş, minifutbol, karate və şahmat idman növlərində uğurlar qazanmaq şansı böyükdür.
Dolça
Yeni həftədə Dolçaların sosial əlaqələri genişlənəcək. Sizi bir sıra ictimai tədbirlərdə iştirak gözləyir. Bunun gələcək planlarınıza müsbət təsiri olacaq. Həmfikir insanların əhatəsində olmağa çalışın, onların dəstəyinə arxalanın. Böyük sövdələşmələri və ya perspektivləri əldən verməmək üçün detallara diqqət yetirin. Maliyyə durumunuza gəlincə, həftə sizə bol şanslar bəxş edəcək. Ötüstü hokkey, üzgüçülük, atçılıq, qaçış, voleybol və güləş növlərində uğurlar gözləniləndir.
Balıqlar
Bu həftə Balıqlara xoş günlər vəd edilir. Yaradıcı fəaliyyətinizdə istədiyiniz uğurun astanasında olacaqsınız, yetər ki, ruhdan düşməyəsiniz. Daxili intuisiyanıza inam sizi doğru istiqamətə yönləndirəcək. Lazımsız mübahisələrdən qaçmağa çalışın. Həftəsonu maliyyə vəziyyətinizdə müsbət dəyişikliklər gözlənilir. Sizdən kömək umanlara qarşı əliaçıq olun. Voleybol, basketbol, hokkey, həndbol və stolüstü tennis növlərində hədsiz uğurlar gözlənilir.
İdman.biz