Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Xəbərlər
31 Dekabr 2024 13:57
61
Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Azərbaycanın regionları üzrə həftənin idman afişası açıqlanıb.

İdman.biz xəbər verir ki, 30 dekabr – 5 yanvarda müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.

Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi
- "Sumqayıt gəncləri narkomaniyaya yox deyir!” devizi altında cüdo üzrə 2005-2007-ci il təvəllüdlü gənclər (oğlanlar və qızlar) arasında region birinciliyi - 5 yanvar, saat 10:00 (Sumqayıt Olimpiya İdman Kompleksi).

Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi
- "İdman hamı üçün" layihəsi çərçivəsində Azərbaycan Kikboksinq Federasiyasının məşqçi-müəllimi Anar Həsənovun rəhbərliyi ilə kikboksinq üzrə ustad dərsi - 3 yanvar, saat 15:00 (İsmayıllı Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində “Atletika hamı üçün” - 4 yanvar, saat 15:00 (Qobustan Olimpiya İdman Kompleksi).

Quba-Xaçmaz Regional Gənclər və İdman idarəsi
- "İdman hamı üçün" layihəsi çərçivəsində futbol üzrə kütləvi idman tədbiri - 30 dekabr, saat 10:00 (Şabran şəhər Mərkəzi Stadionu);
- "Üzməyi öyrənək" layihəsi çərçivəsində üzgüçülük üzrə kütləvi idman tədbiri - 2 yanvar, saat 11:00 (Xaçmaz Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində boks üzrə kütləvi idman tədbiri - 3 yanvar, saat 10:00 (Siyəzən şəhər 4 nömrəli tam orta məktəb);
- "Üzməyi öyrənək" layihəsi çərçivəsində üzgüçülük üzrə kütləvi idman tədbiri - 3 yanvar, saat 15:00 (Qusar Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində boks üzrə kütləvi idman tədbiri - 4 yanvar, saat 10:00 (Quba Olimpiya İdman Kompleksi).

Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi
- Boks üzrə nümunəvi çıxışlar - 3 yanvar, saat 11:00 (Mingəçevir şəhər boks idman zalı).

Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi
- Bələdiyyə və təşkilatlar arasında minifutbol üzrə rayon turniri - 5 yanvar, saat 17:00 (Balakən Olimpiya İdman Kompleksi).

İdman.biz