WADA-nın bu il üçün qadağan etdiyi maddələrin SİYAHISI

Xəbərlər
1 Yanvar 2025 15:26
73
WADA-nın bu il üçün qadağan etdiyi maddələrin SİYAHISI

Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2025-ci il üçün açıqladığı Qadağan edilmiş maddələrin siyahısı bu il yanvarın 1-dən etibarlıdır.

İdman.biz xəbər verir ki, siyahı üç hissədən - hər zaman qadağan edilmiş maddələr və üsullar, yarış müddətində qadağan edilmiş maddələr və üsullar və müəyyən idman növlərində qadağan edilmiş maddələrdən ibarətdir.

2025-ci il üçün açıqlanan Qadağan edilmiş maddələrin siyahısı Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən Azərbaycan dilinə tərcümə olunub. Qadağan edilmiş maddələrin siyahısı ilə yanaşı, əsas dəyişikliklərin xülasəsi, izahlı qeydlər və monitorinq proqramı da tərcümə edilərək AMADA-nın rəsmi internet səhifəsində yerləşdirilib.

Siyahı ilə tanış olmaq üçün bu linkə keçid edə bilərsiniz.

İdman.biz