Bir eranın sonu: Çingiz Hüseynzadə vəzifəsindən ayrılır

Xəbərlər
2 Yanvar 2025 10:24
356
Bir eranın sonu: Çingiz Hüseynzadə vəzifəsindən ayrılır

Yanvarın 7-də Milli Olimpiya Komitəsinin (MOK) IX Hesabat-Seçki Baş Məclisi keçiriləcək.

İdman.biz Prosport.az-a istinadən xəbər verir ki, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə sonuncu dəfə hesabat verərək vəzifəsindən ayrılacaq.

73 yaşında təqaüdə çıxacaq Hüseynzadənin yerinə MOK baş katibi Azər Əliyevin seçiləcəyi ehtimal edilir. Həmçinin, MOK-un İdman şöbəsinin müdiri Həsənağa Rzayevin də postundan ayrılacağı gözlənilir.

MOK-un Baş Məclisində də bəzi dəyişikliklər olacaq.

Qeyd edək ki, Çingiz Hüseynzadə 1997-ci ilin iyulun 31-dən MOK-un vitse-prezidenti seçilib.

Xatırladaq ki, MOK-un prezidenti ölkə başçısı İlham Əliyevdir.

İdman.biz

Məqalədə: