Raqif Abbasovun işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib

Xəbərlər
8 Yanvar 2025 17:26
88
Raqif Abbasovun işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri olmuş Eldəniz Qulamovun barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

İdman.biz xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Prosesdə Eldəniz Qulamovun vəkili iştirak etməyib.

Rafiq Abbasovun vəkili Yusif Səmədov isə istintaq materilları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

Proses fevralın 4-dək təxirə salınıb.

İdman.biz