Tübinqlə sürüşmək həyatı bahasına başa gəlib

Xəbərlər
9 Yanvar 2025 14:09
44
Tübinqlə sürüşmək həyatı bahasına başa gəlib

Rusiyanın Kazan şəhərinin idman məktəblərinin birinin bədii gimnastika üzrə məşqçisinin köməkçisi tübinqlə sürüşərkən yıxılaraq ölüb.

İdman.biz xəbər verir ki, hadisə Kazanda - Novoye Arakçino mikrorayonunda baş verib

20 yaşlı Daria adlı qız tübinqlə sürüşərkən hasara çırpılıb və başından ağır xəsarətlər alıb. Yoldan keçənlər təcili yardım çağırıb, qızı xəstəxanaya yerləşdirsələr də, o, yarım saat sonra aldığı xəsarətlərdən dünyasını dəyişib.

İdman.biz